office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində “Dillər” kafedrasının müəllimi Aynur Rzaquliyevanın “Marketinq” MQ 105 qrupunda 27 sentyabr - Anım Gününə həsr edilmiş “açıq dərs”i keçirilib.

Dərsdə kollecin tədris işləri üzrə direktor müavini Könül Abdürrəhimova, şöbə müdirləri və müəllimlər iştirak ediblər.Dövlət himninin səsləndirilməsi ilə başlayan dərsdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib. 

Dərs zamanı tələbələrə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıq dastanı, Qarabağ  zəfəri və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin igidlik yolu və tariximizin şanlı səhifələri barədə ətraflı danışılıb.

Dərsdə  tələbələr fəal iştirak ediblər. 

 


27.09.2025