İmtahan sessiyası Elm və Təhsil Nazirliyinin müvafiq əmri əsasında ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru, dosent Faiq Şahbazlının 30 may 2025-ci il tarixli əmrinə əsasən qiyabi şöbədə iyunun 25-dək, əyani şöbədə isə iyulun 5 - dək yazılı formada keçirilmişdir.
STK-da imtahan sessiyasının gedişinə operativ nəzarəti və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərmişdir. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və daxil olmuş şikayətlərin araşdırılmasını tam təmin etmişdir.
Yaz imtahan sessiyası zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün lazımı şərait yaradılmışdır.