office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

14 və 15 may 2025-ci il tarixlərində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Code Academy tərəfindən “Kibertəhlükəsizlik” mövzusunda seminar keçirilmişdir.

Seminarda “Kompüter sistemlərində proqram təminatı”, “Telekommunikasiya və kompüter sistemlərinin informasiya təhlükəsizliyi”, “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı” ixtisaslarının tələbələri iştirak etmişdirlər.

Keçirilən seminarda Code Academy – nin əməkdaşları – İT mütəxəssisi Natiq Zeynalzadə Kibertəhlükəsizlik və əhəmiyyəti, bu sahəyə hardan başlamaq, böyük infrastrukturların müdafiəsi, fərdi hücumlardan qorunma yolları haqqında , Code Academy – nin Karyera mərkəzinin əməkdaşları Mahirə Quluzadə və Aynur Nəbiyeva Kibertəhlükəsizlik sahəsində iş imkanları, düzgün CV və uğurlu təqdimat, Linkedin hesabının vacibliyi barədə geniş məlumat vermişdirlər.

Seminar tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır.


17.05.2025