Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Kamilə Əliyeva mövzu ilə bağlı təqdimat nümayiş etdirərək, erkən nikahların və qohum evliliklərin ailədə və cəmiyyətdə törətdiyi fəsadlar barədə məlumatı tələbələrin nəzərinə çatdırmışdır. İştirakçılara həmçinin erkən nikah və qohum evliliklərin qarşısının alınması sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər barədə ətraflı məlumat verilmişdir. Mövzu tələbələrdə marağa səbəb olmuş və onlar müzakirələrdə fəal iştirak etmişlər. Kollecin müəllimi Ramilə Əfəndiyeva çıxış edərək mövzu barədə fikirlərini və tələbələrə tövsiyyələrini bildirmişdir.
Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə çəkilmiş videoçarx nümayiş etdirilmişdir.







