office@stk.edu.az
(+994 12) 567-78-59

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

8 may 2025-ci il tarixində ADNSU-nun  nəzdində Sənaye və Texnologiya Kollecində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş tədbir keçirildi. 

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra  Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Tədbirin giriş sözü ilə açan ADNSU-nun   nəzdində Sənaye və Texnologiya Kollecinin tərbiyə işləri üzrə direktor müavini Firuzə Fərmanlı müstəqil Azərbaycan  dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin dövlətçilik təcrübəsindən bəhs edərək, onun hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini, bu gün Prezident İlham Əliyevin   Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsini diqqətə çatdırdı. Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş edildi. Tədbirin rəsmi hissəsindən sonra bədii hissəsində tələbələrin ifasında müasir Azərbaycan memarı Heydər Əliyevə və həsr olunmuş əbədii musiqili kompozisiya təqdim edildi.


08.05.2025