office@stk.edu.az
(+994 12) 567-78-59

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

9.04.2025 – ci il tarixində YAP Nərimanov rayon təşkilatı ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “ Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ” adlı tədbir keçirdi.

Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirildikdən  və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi  yad edildikdən sonra Kollecin direktoru, ərazi Partiya təşkilatının sədri Faiq Şahbazlı qeyd edib ki, dövlətimizin  müstəqillik tarixinin ən yüksək inkişaf dövrünü yaşadığını, xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində  müstəqil siyasətini prinsipiallıqla davam etdirdiyini, Konstitusiyanın tələblərinə əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəlilədiyini qeyd etdi.

YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğuladı. Təşkilat sədri 2025-ci ilin “ Konstitusiya və Suverenlik ili” elan edilməsinin müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı xalqımızın birliyinin, həmrəyliyinin ifadəsi olduğunu bildirdi.

Sonda partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edildi.


10.04.2025