office@stk.edu.az
(+994 12) 567-78-59

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

18 mart 2025 – ci ildə ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Novruz bayramı təntənəli şəkildə qeyd edildi.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru Faiq Şahbazlı kollektivi və tələbə heyətini bayram münasibətilə təbrik etdi və xoş arzularını çatdırdı. Sonra tərbiyə işləri üzrə direktor müavini Firuzə Fərmanlı da öz təbriklərini çatdırdı və ətraflı məruzə etdi.  Tədbir tələbələrin ifasında rəqslər, mahnılar, və səhnəciklərlə davam etdirildi. Kosa və keçəlin yaratdığı gülüş hər kəsə bayram ovqatı bəxş etdi. Tədbir kollecin direktoru Faiq Şahbazlının alışdırdığı tonqalın ətrafında kollektiv və tələbələrin yallı getməsi və rəqsləri ilə başa çatdı.


19.03.2025