6 mart 2025 – ci il tarixində ADNSU – nun nəzdində Sənaye və Texnologiya Kollecində tələbələr arasında 8 Mart Beynəlxalq Qadınlar gününə həsr edilmiş “ Güclü qadın – qüdrətli dövlət, uğurlu gələcək” mövzusunda inşa müsabiqəsi keçirilmişdir. 40 – a yaxın tələbənin iştirak etdiyi müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən müəyyən edilib.
Kollecin direktoru Faiq Şahbazlı çıxış edərək mövzunun aktuallığından və müsabiqənin tələbələrin inkişafı və yaradıcılıq imkanlarının üzə çıxarması baxımından vacib olduğunu bildirib, qalibləri təbrik edib. 4 qalibə - Cəfər Laçın oğlu Şərbətova, Dilbər Faiq qızı Zərbiyevaya, Jalə Teymur qızı Mirzəliyevaya, İradə Süleyman qızı Əzizovaya diplom və hədiyyələr, həmçinin müsabiqənin daha 10 iştirakçısına həvəsləndirici mükafatlar təqdim edilib.






