
4 - 5 mart tarixlərində Bakı İdman Sarayında Qazaxıstan Universitetlərinin təhsil sərgisi keçirilmişdir. Sərgi Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin və bir sıra universitetlərinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində təşkil olunmuşdur. Sərginin açılışında hər iki dövlətin Təhsil nazirləri və Qazaxıstanın ölkəmizdəki səfiri çıxış etmiş və təhsil sahəsində əməkdaşlığın iki dövlət arasında münasibətlərin inkişafında əhəmiyyətininin vacibliyini vurğulamışdır.
Sərgidə ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin tələbələri də iştirak etmişdir. Onlara fərqli universitetlərin fəaliyyəti və təhsil imkanları haqqında məlumat verilmişdir. Tədbir zamanı lotareya oyunu keçirilmiş və kollecin tələbəsi Natali Həsənova da qaliblər sırasında yer almışdır.








