ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində “1 Mart-Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş “Mülki Müdafiə Əhalinin Təhlükəsizliyinin təminatıdır” mövzusunda tədbir keçirildi. Tədbirdə kollecin rəhbərliyi, müəllimlər, tələbələr və qonaqlar iştirak edirdi. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermis şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra “1 Mart-Ümumdünya Mülki Müdafiə Günü”nə aid videoçarx nümayiş etdirildi
STK-nın Mülki Müdafiə Qərargahının rəisi Arif Kərimov tədbiri açıq elan etdi. O, tələbələrə mülki müdafiənin əhəmiyyəti, vəzifələri, əhalinin fövqəladə hallara qarşı necə hazır olmağın yolları haqqında ətrafli məlumat verdi.
Daha sonra Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkişaf yolu, Azərbaycanın bu təşkilatda rolu barədə məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Tədbir diskussiya şəklində başa çatdı.



