ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində “Xocalı faciəsi” nə aid tədbir keçirildi. Tədbirdə kollecin rəhbərliyi, müəllimlər, tələbələr və qonaqlar iştirak edirdi.
Əvvəlcə Dövlət Himni səsləndirilib və “Xocalı soyqırımı” qurbanları və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Sənaye və Texnologiya Kollecinin tərbiyə işləri üzrə direktor müavini Firuzə Fərmanlı Azərbaycan xalqının qan yaddaşı olan “Xocalı faciəsi”, ermənilərin zaman - zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və “Xocalı soyqırımı” ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülmüş işlər barədə danışdı. Həm də I dərs saatlarının “Xocalı faciəsi” nə həsr olunmasını tədbir iştirakçılarının nəzərinə çatdırıldı.
Tədbirdə tələbələrin hazırladıqları kompazisiyalar nümayiş etdirildi və şeirlər səsləndi, “Xocalı soyqırımı” na aid videoçarx göstərildi.



