office@stk.edu.az
(+994 12) 567-78-59

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK-da 2024/2025-ci tədris ilində payız imtahan sessiyası başa çatmışdır

İmtahan sessiyası Elm və Təhsil Nazirliyinin müvafiq əmri əsasında      ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru, dosent Faiq Şahbazlının 28 dekabr 2024-ci il tarixli əmrinə əsasən  qiyabi şöbədə yanvarın 25-dək, əyani şöbədə isə  fevralın 5-dək yazılı və test   formasında keçirilmişdir. 

STK-da imtahan sessiyasının gedişinə operativ nəzarəti və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə  İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərmişdir. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və  daxil olmuş şikayətlərin araşdırılmasını tam təmin etmişdir.

Payız imtahan sessiyası zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün lazımı şərait yaradılmışdır.


10.02.2025