office@stk.edu.az
(+994 12) 567-78-59

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Tələbələr sərgidə xatirə şəkli çəkdirməyi də unutmayıblar

Dekabrın 20 - də  ADNSU - nun nəzdində Sənaye və Texnologiya Kollecinin tələbələri  “ Azərbaycan Nəşriyyatları Assosiasiyası “ İctimai Birliyinin təşkil etdiyi I Bakı Kitab Festivalında iştirak ediblər.

 “ Yeni ilə yeni kitablarla” şüarı ilə keşirilən sərgidə ANAİB - ın üzvü olan nəşriyyatlarla yanaşı, digər nəşriyyatlar da iştirak ediblər. Sərgidə iştirakçılara yerli qəzet və jurnallardan ibarət stend  təqdim olunub. Həmçinin şair və yazıçılarla görüş və imza mərasimləri də keçirilib.

Tələbələr sərgidə  xatirə şəkli  çəkdirməyi də unutmayıblar. 

Tədbir maraqlı bir sonluqla başa çatıb.

 


21.12.2024