
06 noyabr 2024-cü il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində "8 noyabr - Zəfər Günü" və "9 noyabr - Dövlət Bayrağı Günü"nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə kollecin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib.
Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri kollecin tərbiyə işləri üzrə direktor müavini Firuzə Fərmanlı açaraq, “Zəfər Günü” və Azərbaycan “Dövlət Bayrağı Günü” ilə bağlı qısa məlumat verərək, tədbir iştirakçılarını hər iki bayram münasibəti ilə təbrik edib.
Tədbirdə 44 günlük Vətən müharibəsinə həsr olunmuş video-çarx nümayiş etdirilib.
Kollecin şöbə müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Nərminə Məmmədova 8 noyabr “Zəfər Günü” və 9 noyabr “Dövlət Bayrağı Günü” ilə əlaqədar məruzə ilə çıxış edib. O, öz çıxışında Azərbaycan dövlətinin suverenlik rəmzi olan Dövlət bayrağının tarixi, fəlsəfi-ideoloji mahiyyəti, ictimai-siyasi əhəmiyyəti haqqında ətraflı məlumat verərək, bildirib ki, milli bayraq hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olub, vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında böyük əhəmiyyətə malikdir. Azərbaycanın bütün təhsil işçilərinin, o cümlədən bizim pedaqoji kollektivin də başlıca vəzifəsi müstəqil Azərbaycan Respublikasının gələcəyini təmin edəcək, Vətənini, millətini ürəkdən sevən, doğma Azərbaycan uğrunda şəhidliyə hazır olan, milli müstəqillik və dövlətçilik rəmzlərinə ehtiram bəsləyən vətənpərvər Azərbaycan gəncliyini yetişdirməkdən ibarət olmalıdır.
Nərminə Məmmədova belə tədbirlərin keçirilməsində əsas məqsədin tələbə-gənclərin dövlətimizə və milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanmasında, gənc nəslin vətənpərvərlik ruhda formalaşmasında böyük rol oynadığını vurğulayıb, vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi istiqamətində tələbə-gənclərə öz tövsiyyələrini bildirib.
Tədbir kollecin tələbələrinin ifasında müstəqilliyimizi, dövlətçiliyimizi təbliğ edən milli-vətənpərvərliklə bağlı ədəbi-bədii kompozisiyası ilə davam etdirilib.
Qeyd: Tədbirlə bağlı fotolar aşağıda təqdim edilir.








