15 oktyabr 2024 – cü il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Gənc Vətənpərvərlər” İctimai Birliyinin təşkilatçılığı ilə “Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir” mövzusunda inşa müsabiqəsi keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universtetin nəzdində Sənaye və Texnologiya Kollecinin tərbiyə işləri üzrə direktor müavini Firuzə Fərmanlı açdı. O, tələbələri daima vətənpərvər və intellektual səviyyələrini artırmağa, inkişafa çağırdı və tələbələrə layihənin icrasında fəal iştiraklarına görə təşəkkür etdi. Layihənin rəhbəri, ictimai xadim Müqamət Əliyev tələbələri layihənin icrasında fəal iştiraklarına görə təbrik etdi. Sonra o, qeyd etdi ki, gənclərin vətənpərvər ruhda böyümələrində, Qarabağı azad edən qəhrəman zabit və əsgərlərimizin üzərində müəllimlərin də böyük zəhməti var.
Tədbirin sonunda tədbirdə iştirak etmiş tələbələrə “Gənc Vətənpərvərlər” İctimai Birliyinin loqoları əks olunmuş qovluq, bloknot, qələm və “ Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir” mövzusunda inşa yazısı müsabiqəsinin nominasiyaları üzrə 1,2-3-cü yerlərin qalibi olmuş iştirakçılara sertifikat və hədiyyələr, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olundu.
Tədbirlə bağlı şəkillər aşağıda təqdim edilir.







