office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ilidir çərçivəsində tədbir keçirildi.

16 oktyabr 2024 – cü ildə ADNSU – nun nəzdində Sənaye və Texnologiya Kollecində Azərbaycanın COP 29 tədbirinə sədrliyi və ev sahibliyi ilə əlaqədar tədbir kecirilmişdir. Tədbiri Kollecin tərbiyə işləri üzrə direktor müavini Firuzə Fərmanlı açdı, tədbirin əhəmiyyəti və quruluşu haqqında məlumat verdi. 

 Tədbirin birinci hissəsi maarifləndirici xarakterli olmuşdur.Tədbirdə Kollecin müəllimi Aytən Əliyeva çıxış edərək, COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən, tədbirin əsas keçirilmə məqsədindən,  2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin vacibliyi və əhəmiyyətindən, iqlim dəyişikliyi, onun təsərrüfata və insanların sağlamlığına təsirindən, Qarabağda yaşıl enerji zonasının yaradılması istiqamətində aparılan işlərdən tətdbir iştirakçılarına ətraflı məlumat verdi. 

   Tədbirin ikinci hissəsində tələbələrdən ibarət “Yaşıl gələcək” və “Mavi planet” komandaları arasında “Ekoloji problemlər və onların həlli yolları“ mövzusunda viktorina keçirildi. Viktorinada tələbələr aktiv iştirak etdilər.

  Tədbirin sonunda söz kollecin rəhbəri Faiq Şahbazlıya verildi. Faiq Şahbazllı gənclərin bu istiqamətdə fəallıqlarının əhəmiyyətindən danışaraq, tədbir təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

Tədbirlə bağlı şəkillər aşağıda təqdim edilir.


18.10.2024