Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

ADNSU – nun nəzdində Sənaye və Texnologiya Kollecinin tələbələri 10 - cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.

Oktyabrın 7-də ADNSU-nin nəzdində Sənaye və Texnologiya Kollecinin tələbələri Bakı Ekspo Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr edilmiş 10 - cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər. 

Sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edib.

 Sərgiyədə iştirakda əsas məqsəd tələbələrin dünyagörüşünü, bilik və bacarıqlarını daha da inkişaf etdirmək, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaqdan ibarətdir.

Sərgi ilə bağlı şəkillər aşağıda təqdim edilir.