27 sentyabr 2024 cü il tarixində ADNSU – nun nəzdində Sənaye və Texnologiya Kollecində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Anım Günü” ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə kollecin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə kollecin Təlim - tərbiyə işləri üzrə direktor müavini Firuzə Fərmanlı açaraq ümumi məlumat verib.
Tədbirdə “Anım Günü” ilə bağlı videoçarxlar nümayiş edilib.
Kollecin şödə müdiri , pedaqogika üzrə fəlsəfə doktoru Nərminə Məmmədova “ 27 sentyabr Anım günü- Zəfərin tarixi” adlı məruzə ilə çıxış edərək, bu tarixi günün mahiyyəti, tarixi və ictimai-siyasi əhəmiyyəti ilə əlaqədar ətraflı məlumat verib.
Ölkəmizin azadlığı uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi əbədi yaşayacaq, bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.
Allah Şəhidlərimizə rəhmət eləsin!
Tədbir milli vətənpərvərliklə bağlı bədii hissə ilə davam etdirilib.