office@stk.edu.az
(+994 12) 567-78-59

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

İqlim dəyişikliyi və COP29 ilə bağlı maarifləndirmə çərçivəsində seminar keçirilmişdir.

    ADNSU-nun nəzdində  Sənaye və Texnologiya Kollecində Azərbaycanın  COP29  tədbirinə sədrliyi və ev sahibliyi  ilə əlaqədar ”COP29 və iqlim dəyişikliyi” mövzusunda seminar keçirilmişdir. Məqsəd tələbələrin COP29 və iqlim dəyişikliyi mövzularında  maarifləndirilməsi  və   ekoloji proseslərdə gənclərin müsbət rolunun artırılmasına təşviqatdır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsi, güclü diplomatiyanın göstəricisi və ölkəmizin etibarlı tərəfdaş nüfuzunun ifadəsidir. Təbiət fənləri kafedrasının rəhbəri Səidə Bayramova beynəlxalq aləmi ciddi düşündürən, narahat edən kəskin iqlim dəyişmələri, temperaturun qlobal səviyyədə artmasının doğurduğu ciddi fəsadlar mövzularında izah verdi. Aytən Əliyeva   COP29-un gənclər üçün geniş imkanlar yaratdığını ,gənclər arasında beynəlxalq miqyasda birgə təşəbbüs və əməkdaşlığın vacibliyini  vurğuladı.COP dünyada qlobal iqlim problemlərinə diqqətçəkən ən əsas və mühüm platforma olması, 1995-ci ildən başlayaraq bəşəriyyətin bir nömrəli problemi olan iqlim dəyişmələrinin qarşısını almaq üçün dünya liderləri məhz bu platformada birləşib, iqlim dəyişmələri ilə mübarizədə ən vacib qərarlar da məhz COP çərçivəsində qəbul edilməsi barədə məlumatlar verdi. 1992-ci ildə Rio de Janeyro şəhərində BMT-nin İqlim Dəyişimləri üzrə Konvensiyası qəbul olundu.Azərbaycan 1995-ci ildə bu konvensiyanı, 2000-ci ildə Konvensiyanın Kioto Protokolunu, 2017-ci ildə isə Paris Sazişini ratifikasiya etməklə qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz neft-qaz cəhətdən zəngin olsa da, "yaşıl enerji" sahəsində inkişafa  xüsusi diqqət ayırır. Belə möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi regionda iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə və sülhün inkişafına böyük təsir edəcəkdir. 


17.09.2024