Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub
Abituriyentlər 2024-cü il 12 – 20 avqust tarixlərində elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.
Tələb olunan sənədlərin siyahısı.
1. Attestat (Şəhadətnamə) (əsli və surəti- 2 ədəd)
2. Şəxsiyyət vəsiqəsi (əsli və surəti- 2 ədəd)
3. Тibbi arayış
4. 4 ədəd şəkil ( 3 х 4 formada)
5. İmtiyazlı şəxslərin isə müvafiq təyin olunan imtiyaza aid rəsmi sənədi