Tədbirdə kollecin direktoru Faiq Şahbazlı, kafedra müdiri Səidə Bayramova və müəllimlər, “Qiymətləndirmə və monitorinq bölməsinin rəhbəri Şəhla Əhmədova, Şöbə müdiri Təranə Vəliyeva iştirak etdilər. “Zərərli vərdişlərin əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
Kollecimizdə də gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, onların asudə və istirahət vaxtlarının səmərəli təşkili, idmana olan marağının artırılması kimi işlərə ciddi fikir verilir.
Tədbir zamanı tələbələr tərəfindən hazırlanmış zərərli vərdişlərdən uzaq durmaq və bu vərdişlərin hansı fəsadlar yaratdığı barədə təqdimatlar dinlənilib.



















16.05.2024