Tələbələr təbiətin qorunmasını,iqlim dəyişikliyini ,ölkəmizdə keçiriləcək COP29 tədbirini nümayiş etdirmək üçün müxtəlif təqdimatlarla çıxışlar etdilər.Bu layihələrin ekoloji sağlam mühitdə yaşamaq və ekologiyanın qorunması mövzusunda gənclərin maariflənməsi ilə yanaşı ,gənclər arasında sağlam həyat tərzinin təbliğində rolu genişdir. Düşərgədəki çıxışların əsas mahiyyəti ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanması ideyalarının gənclər arasında təbliği ,ekoloji maarifçiliyin ,ekoloji təhsilin və təbiətə humanist münasibətlərin təşviqidir.Tədbirdə Kollecin direktoru Faiq Şahbazov tədbir haqqında öz fikirlərini bildirərək ,kollektivi təbrik edib, növbəti işlərində uğurlar arzuladı.







20.05.2024