Tədbirdə çıxış edən Aytən Əliyeva iqlim dəyişikliyi ,onun təsərrüfata və insanların sağlamlığına təsirindən, 30 il ərzində işğal altında qalan torpaqlarda təbii sərvətlərin qanunsuz istifadəsi , Ermənistanın ekoloji mühitin toxunulmazlığı haqqında beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozmasından ,flora və faunaya vurulan ziyan ,meşələrin məhv edilməsi ,çayların çirkləndirilməsindən danışıb.Məruzəçi eyni zamanda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası –COP29-un ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərdiyini ,2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili ” elan edilməsinin vacibliyini və əhəmiyyətini qeyd edərək , konfransın əsas öhdəliyi və keçirilmə məqsədləri haqqında iştirakçılara məlumat verib.Onu da qeyd edib ki , BMT-nin İqlim Dəyişikləri üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır.Kollecin direktoru Faiq Şahbazov ətraf mühit problemlərinin həllinin zəruriliyindən bəhs edərək , gəncləri ətraf mühitə ,canlı aləmə qarşı diqqətli olmağa çağırıb, bildirib ki ,hər bir vətəndaş təbiətin qorunmasına dair bütün proseslərdə həmrəy olmalıdır.







