Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika Bədii Yaradıcılıq Gənclər Evinin təşkilatçılığı ilə
Elm və Təhsil Nazirliyinin sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr olunmuş “ Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsi keçirilib.Müsabiqədə ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecinin 2-ci kurs tələbəsi Hüseynova Səbinə Məmməd qızı rəqs nominasiyası üzrə 1-ci yerin qalibi olub.
Tələbəmizi təbrik edirik, ugurlar arzulayırıq






16.05.2024