
23.04.2024-cü il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində son kurs tələbələrinin ixtisas üzrə təcrübəkeçmə məsələlərinin tənzimlənməsi ilə bağlı direktoryanı müşavirə keçirildi. İclasda kollecin direktoru Faiq Şahbazlı, direktor müavinləri, tədris hissə müdiri, təcrübə rəhbərləri və müəllimləri iştirak etdilər.
Tələbələrin təhsil aldığı ixtisasın profilindən və xüsusiyyətlərindən aslı olaraq müstəqil və səmərəli əmək fəaliyyətinə hazırlanması, gələcək karyera inkişafına kömək edərək işlə təmin olunması məsələləri ətrafında geniş müzakirələr oldu. Təcrübəçi tələbələrin davamiyyəti, təcrübə proqramında qoyulan tələblər, təcrübə bazasının infrastrukturu, orada nizam-intizam və təhlükəsizlik texnikası qaydaları, ümumilikdə yaradılmış təcrübə mühitinin və bu istiqamətdə yaradılmış komissiyasının işi haqqında məlumatlar dinlənildi. İşin daha da səmərəli davam etdirilməsi üçün tapşırıqlar verildi.