office@stk.edu.az
(+994 12) 567-78-59

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Xalq Təhsili Muzeyi ilə ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin imzaladığı müqaviləyə əsasən, tələbələrin muzeyə ekskursiyası təşkil olunub.

 Aprelin 22 - də Kollecin "Kompüter sistemləri və kompleksləri" ixtisasının KS103 qrup tələbələri "Dillər" kafedrasının müəllimi Aynur Rzaquliyevanın təşkilatçılığı ilə Xalq Təhsili muzeyinə ekskursiya ediblər.
Muzeyin bələdçisi Məmmədova Rüxsarə tələbələrə ölkəmizin ərazisində təhsilin inkişaf mərhələləri barəsində geniş məlumat verib.Daha sonra tələbələr, ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında tarixi xidmətləri, həmçinin prezident İlham Əliyevin milli təhsilimizin inkişafı istiqamətində atdıqları mühüm addımları, imzaladığı sərəncamları əks etdirən stendlərlə də yaxından tanış olublar.Bu ekskursiya tələbələrin böyük marağına səbəb olub. Onları maraqlandıran suallar muzey əməkdaşları tərəfindən ətaflı cavablandırılıb. Sonda təşkilatçı müəllim, muzeylə bağlı tələbələrin təəssuratlarını rəy dəftərinə qeyd edib.


23.04.2024