office@stk.edu.az
(+994 12) 567-78-59

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Xocalı soyqırımının törədilməsindən 32 il ötür

 

26 fevral 2024-cü il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Xocalı  şəhidlərinin, o cümlədən Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Şahbazlı açaraq,  Xocalı soyqırımı haqqında  ümumi məlumat verib. O, qeyd edib ki, 32 il öncə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırım ən böyük vəhşilik, insanlığa qarşı törədilmiş qətliamdır. 

Faiq Şahbazlı vurğulayıb ki,  Xocalı soyqırımı ilə bağlı tədbirin keçirilməsində əsas məqsəd tələbə-gənclərdə dövlətimizə və milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, gənc nəslin vətənpərvərlik ruhda formalaşmasıdır.  O, bu istiqamətdə  tələbə-gənclərə öz tövsiyyələrini bildirib.

Kollecin şöbə müdiri, ped. üzrə fəlsəfə doktoru Nərminə Məmmədova “Xocalı soyqırımı”, onun tarixi, mahiyyəti,  siyasi əhəmiyyəti ilə bağlı məruzə ilə çıxış edib.

 Daha sonra tələbələr Xocalı soyqırımı haqqında şeirlər söylədilər.

Tədbirlə  bağlı fotolar  aşağıda trəqdim edir.   


26.02.2024