Dekabrın 12-də ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Gənc Vətənpərvərlər İctimai Birliyinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilib.Tədbirdə kollecin pedaqoji kollektivi,tələbələr,Gənc Vətənpərvərlər İctimai Birliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.Konfrans Ulu Öndərin və ölkəmizin suverenliyi,ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin yad edilməsi ilə öz işinə başlayıb.
Giriş nitqi ilə çıxış edən kollecin direktoru,filologiya üzrə fəlsəfə doktoru,dosent Faiq Şahbazlı tədbirin əhəmiyyətindən danışaraq qeyd etdi ki,əsas məqsəd gənc nəslə hərbi vətənpərvərlik tərbiyəsini aşılamaqdır.O bildirdi ki,başa çatmaqda olan 2023-cü ilin ən mühüm hadisələrindən biri Ümumilli Lider Heydər Əliyevin 100 illiyinin qeyd edilməsi oldu.Azərbaycana Heydər Əliyev kimi təcrübəli dövlət başçısının rəhbərlik etməsi xalqımızı böyük bəlalardan qurtardı.
Daha sonra məruzə üçün söz Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri,ictimai xadim Müqamət Əliyevə verilib.O bildirib ki,44 günlük Vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazanan şanlı Azərbaycan Ordusunun formalaşmasında bu təhsil ocağının məzun və tələbələri böyük rol oynamışlar.Odur ki,gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi günün ən aktual tələblərindəndir.Daha sonra Ümumilli liderə həsr olunmuş videoçarx nümayiş olunub.Kollecin tələbələrinin ifasında “Sən elə bir zirvəsən” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.Tədbirin sonunda iştirakçılara lahiyə çərçivəsində nəşr edilmiş bukletlər,üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər ictimai birliyinin loqoları əks olunmuş köynəklər paylanılıb və sertifikatlar təqdim edilib.










