Dekabrın-7 də ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecinin tərbiyə işləri üzrə direktor müavini Pərvanə İsmayılovanın rəhbərliyi ilə "Dillər" kafedrasının müəllimi Aynur Rzaquliyeva kollecin birinci kurs tələbələri ilə birlikdə Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
Ekskursiyada tələbələr müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında məlumatlar verilib. Daha sonra tələbələr böyük maraqla monitorlarda Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıb, səs yazılarını dinləyib, sərgidə nümayiş etdirilən şəxsi əşyaları ilə tanış olublar.
Ekskursiya ilə bağlı şəkilləri aşağıda təqdim edilir.








09.12.2023