
07 noyabr 2023-cü il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində "8 noyabr - Zəfər Günü" və "9 noyabr - Dövlət Bayrağı Günü"nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə kollecin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib. Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Faiq Şahbazlı tədbir iştirakçılarını hər iki bayram münasibəti ilə təbrik edib. Bu qələbəni qazanmağa vəsilə olan şəhidlərimizi böyük ehtiramla yad edib, Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığını bildirib.
Tədbirdə "20 illik Zəfər yolu"na həsr olunmuş video-çarx nümayiş etdirilib. Tədbirin bədii hissəsi kollecin tələbələrinin təqdimatında "Qarabağ Azərbaycandır və nida" ədəbi-bədii kompozisiyası ilə davam etdirilib. Tədbirdə Zəfər Günü ilə əlaqədar olaraq "Texnologiyaların idarəolunması" şöbəsinin tələbələrinin rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirilib. Tədbir kollecin rəqs qrupunun təqdimatında qələbəmizin rəmzi olan "Xarıbülbül" rəqsi ilə başa çatıb.
Qeyd: Tədbirlə bağlı fotolar aşağıda təqdim edilir.












