office@stk.edu.az
(+994 12) 567-78-59

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

19 may tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecində şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.

 

19 may tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecində şair, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin İdarə heyətinin üzvü, Uşaq Ədəbiyyatı şöbəsinin rəhbəri,"Azərbaycan" jurnalının Poeziya şöbəsinin redaktoru Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.Tədbirdə ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecinin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak ediblər.Tədbiri kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Faiq Şahbazlı giriş sözü ilə açaraq, məruzə üçün sözü kollecin "Dillər kafedrası" nın müdiri Gülnar Əkbərovaya verib. Gülnar Əkbərova çağdaş Azərbaycan poeziyasında öz yolu, öz dəsti-xətti ilə seçilən, heç kəsə bənzəməyən tanınmış şair  Qəşəm Nəcəfzadə yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib.Daha sonra kollecin tələbələri Qəşəm Nəcəfzadə poeziyasından bir neçə şeir səsləndiriblər. Sonra çıxış üçün söz şairə təqdim edilib.Görüşdə şair  ədəbiyyat, poeziya, sənətlə bağlı fikirlərini bölüşüb, yeni yazılan şeirlərini oxuyub, yaradıcılığı ilə bağlı çoxsaylı suallara cavab verib. Görüşün sonunda xatirə şəkli çəkilib.

 


26.05.2023