office@stk.edu.az
(+994 12) 567-78-59

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Təhsil Tələbə Krediti Fondunun əməkdaşı tərəfindən tələbələrin maarifləndirilməsi istiqamətində görüş keçirildi.

28 mart tarixində Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Günay Xəlilova ADNSU-un nəzdində Sənaye və Texnologiya Kollecində tələbələrin maarifləndirilməsi istiqamətində görüş keçirdi.
Görüşdə Kollecin rəhbər heyəti də iştirak edib. Günay Xəlilova tərəfindən tələbələrə TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verildi.


29.03.2023