office@stk.edu.az
(+994 12) 567-78-59

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

“İnsan alveri və məcburi əməyə YOX deyək!” adlı layihə çərçivəsində tədbir keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.2.3. bəndinin icrası məqsədilə “İnsan alveri və məcburi əməyə YOX deyək!” adlı layihə çərçivəsində tədbir keçirilib. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində Sənaye və Texnologiya Kollecinin tələbələri üçün təşkil olunmuş tədbirdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Rafiq Mahmudov “İnsan alveri və məcburi əmək: özünüzü necə qoruya bilərsiniz” adlı təqdimat ilə çıxış edib, insan alveri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. 

Tədbir zamanı dövlətin, o cümlədən Komitənin insan alveri ilə mübarizə istiqamətində həyata keçirdiyi tədbirlər haqqında danışılıb və tədbir iştirakçılarına “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Satılmış həyat” film nümayiş etdirilib.

90-a yaxın gəncin iştirak etdiyi etdiyi tədbir müzakirələrlə davam edib.

 


15.03.2023