office@stk.edu.az
(+994 12) 567-78-59

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin tələbələri “Heydər Əliyev gənc nəslin vətənpərvər ruhda yetişməsində rolu" mövzusunda keçirilmiş təlimdə iştrak ediblər.

22 fevral tarixində, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyinin (GVİB) könüllü üzvləri və ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin tələbələrinin iştrakı ilə “Heydər Əliyev gənc nəslin vətənpərvər ruhda yetişməsində rolu” mövzusunda təlim keçirilib.

Çıxış edənlər, qeyd ediblər ki, bu təlimin keçirilməsi gənclərin maariflənməsi və vətənpərvərlik ruhunun artmasında böyük töhfələr verəcək.

Sonda mövzuya aid fotoslaydlar və videoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdır. İştirakçılara, layihə çərçivəsində nəşr edilmiş üzərində Gənclər Fondunun, Gənclər Təşkilatları Milli Şurası və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş, sertifikatlar təqdim edilmişdir.


24.02.2023