office@stk.edu.az
(+994 12) 567-78-59

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində “Milli vətənpərvərlik ruhu daim gənclərimizə aşılanmalıdır” - mövzusunda tədbir.

14 fevral tarixində, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) ”Azərbaycan gəncliyində vətənpərvərlik“ adlı layihə çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində “Milli vətənpərvərlik ruhu daim gənclərimizə aşılanmalıdır“ mövzusunda tədbir keçirib.

İlk əvvəl, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin, Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Kolecin pedoqoji kolektivi , tələbələr, Gənc Vətənpərvərlər İctimai Birliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbiri Kollecin Təlim Tərbiyə işləri üzrə direktor müavini Pərvanə İsmayılova açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev cənabları 2 fevral 1996-cı ildə gənclərin birinci forumunda söylədiyi nitqində gənclərlə məşğul olan bütün təşkilatların ictimaiyyətin diqqətini bu mühüm məsələyə cəlb edərək demişdir: Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu nizamnaməsi olsun.“ Həqiqətən güclü ordu yaratmaq, vətəni, doğma torpağını canından artıq sevən gənclər yetişdirmək istəyiriksə, bu prosesin körpəlikdən başlayaraq orta təhsilin bütün pillələrində ali məktəbdə, ailədə, cəmiyyətdə, hərbi hissədə davam etməsi lazımdır. Müstəqilliyə qovşandan sonra da həm Azərbaycanda, həm də xaricdə Azərbaycanın dünyada tanıdılması, onun səsinin dünyaya çatdırılması istiqamətlərində aparılan işlərdə vətənpərvər gənclər öz fəallığı ilə xüsusi seçilmişlər, hər zaman öndə olmuşlar.

Daha sonra məruzə üçün sözü lahiyənin rəhbəri Müqamət Əliyevə verib. O bildrib ki, Müstəqil Azərbaycan Respublikasının təhlükəsizliyi onun silahlı qüvvələrinin hazırlanmasından asılıdır. 44 günlük Vətən Müharibəsində düşmən üzərində parlaq qələbə qazanan Şanlı Azərbaycan Ordusunun formalaşmasında bu təhsil ocağının məzunları böyük rol oynamışlar. Odur ki, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksədilməsi günün ən aktual tələblərindəndir.

Sənaye və Texnologiya Kollecin Həmkarlar İttifaqın sədri Bağırov Xəlil qeyd edib ki, müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir.

Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş bukletlər, üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş, köynəklər paylanılıb və sertifikatlar təqdim edilib.


24.02.2023