15 dekabr tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində tarixi romanlar yazarı, publisist Yunus Oğuzun “Cığır” romanı ilə əlaqədar görüş keçirilib. Tədbirdə ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecinin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak ediblər.
Tədbiri Kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Faiq Şahbazlı giriş sözü ilə açaraq, məruzə üçün sözü müəllifə verdi.Tarixi romanlar yazarı, publisist Yunus Oğuz “Cığır” romanının mövzusu, ideyası, əsərin bəşəri qayələri, azərbaycançılıqla bağlı ətraflı məlumat verdi.
Məruzə ətrafında tərbiyə işləri üzrə direktor müavini Pərvanə İsmayılova, şöbə müdiri Ramal İlhamlı, Dillər kafedrasının müdiri Gülnar Əkbərova, Humanitar kafedrasının müdiri Vüsalə Əbdürrəhimova, müəllim Mərdan Camalov, metodist Ceyran Bayramova çıxış ediblər.
Qeyd: Tədbirlə bağlı fotolar aşağıda təqdim edilir.