office@stk.edu.az
(+994 12) 567-78-59

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümünə həsr olunmuş tədbir.

12 dekabr ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə, ilk əvvəl ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecinin direktoru, dosent Faiq Şahbazlı ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin güclənməsi istiqamətində misilsiz tarixi xidmətindən, böyük xilaskarlıq missiyasından danışıb.

Tədbirdə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra tələbələrin təqdimatında "Böyük ömrün dastanı" ədəbi-bədii kompozisiyası təqdim edilib.


14.12.2022