office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

“Əhməd Cavad-130” çərçivəsində tədbirlər.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecində “Əhməd Cavad-130” çərçivəsində tədbirlər: seminarlar, “Açıq dərs”-lər keçirilir, ekskursiyalar təşkil olunur.

Noyabrın 23-də “Dillər” kafedrasının müəllimi Rzaquliyeva Aynur “Əhməd Cavad-130” çərşivəsində “Azərbaycan İstiqlal muzeyi”-nə ekskursiya təşkil etmiş, noyabrın 25-də isə mövzu ilə bağlı “Açıq dərs” keçmişdir.

Tədbirlərin keçirilməsində əsas məqsəd pedaqoji və fəlsəfi fikir tarixində görkəmli yer tutan Əhməd Cavadın həyat və yaradıcılığı, əsərlərindəki bəşəri ideyaların təbliğ ilə bağlı tələbələrin dünyagörüşünü inkişaf etdirmək, tələbələrdə milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, bədii fikir salnaməsində yeni səhifə açmış tarixi şəxsiyyətlərimiz barədə ətraflı məlumatları çatdırmaq olmuşdur.

Tədbirlərlə bağlı şəkillər aşağıda təqdim edilir.


02.12.2022