office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində tədbir

05 noyabr 2022–ci il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Azərbaycanın “Zəfər günü” və “Dövlət Bayrağı günü”nə həsr olunmuş tədbir təşkil olunub.

Tədbirdə kollecinin rəhbəliyi, müəllim və tələbə heyəti ştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin sədaları ilə başlayıb. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Faiq Şahbazlı tədbir iştirakçılarını hər iki bayram münasibəti ilə təbrik edib, onlara can sağlığı və fəaliyyətlərində uğurlar arzulayıb.

Kollecin şöbə müdiri, ped. üzrə fəlsəfə doktoru N. Məmmədova 8 noyabr “Zəfər Günü” və 9 noyabr “Dövlət Bayrağı Günü”nün mahiyyəti, tarixi və ictimai-siyasi əhəmiyyəti” ilə əlaqədar məruzə ilə çıxış edib.

Tədbirdə “Zəfər Günü” və “Dövlət Bayrağı günü” ilə bağlı videoçarxlar nümayiş edilib.

Kollecin rəhbərliyi tərəfindən Vətən müharibəsi iştirakçısı olmuş tələbələrə hədiyyələr təqdim olunub.

Tədbir müstəqilliyimizi, dövlətçiliyimizi təbliğ edən milli-vətənpərvərliklə bağlı bədii hissə ilə davam etdirilib.

Qeyd: Tədbirlə bağlı fotolar aşağıda təqdim edilir.


06.11.2022