office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

ADNSU-nin nəzdində Sənaye və Texnologiya Kollecində 28 may-Müstəqillik Gününə həsr olunmuş tədbir

Mayın 27-də ADNSU-nin nəzdində Sənaye və Texnologiya Kollecində “28 may Azərbaycan Respublikasında Müstəqillik Günüdür” mövzusunda tədbir keçirildi.

Tədbirdə kollecin rəhbəliyi, müəllim və tələbə heyəti iştirak edirdi.

Tədbir Azərbaycanın Dövlət himninin sədaları ilə başladı.

Müstəqillik Günü ilə bağlı video çarx nümayiş olundu.

Tədbiri giriş sözü ilə açan kollecin Tərbiyə işləri üzrə direktor müavini Pərvanə İsmayılova mövzu ilə bağlı məlumat verdi.

Tədbir tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdi.

Kollecdə 28 may Müstəqillik Gününün 104-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər:İdmanyarışları, şeir və inşa müsabiqələri həyata keçirilmişdir.

Rəqibləri üzərində üstünlüyünü qoruyaraq qalib gələn tələbələr diplom, tərifnamə və Həmkarlar İttifaqı Komitəsinin sədri Xəlil Bağırov tərəfindən pulla mükafatlandırılmışlar.

Kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Faiq Şahbazlı yekun sözü ilə çıxış edərək, kollecdə bu cür tədbirlərin keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayaraq tədbiri hazırlayanlara, xüsusən tədbirin hazırlanmasında böyük əməyi olan müəllimə Günel Qurbanovaya, o cümlədən iştirakçılara öz təşəkkürünü bildirdi.

Tədbirlə bağlı şəkillər aşağıda təqdim edilir.


27.05.2022