11.05.2022-ci il tarixində ADNSU-nin nəzdində Sənaye və Texnologiya Kollecində kimya müəllimi, kurikulum təlimçisi Könül Məmmədovanın Mühasibat uçotu ixtisasında M 101-ci qrupunda “Açıq dərs”i keçirildi.
“Açıq dərs”in məqsədi dərsin tətbiqini, müəllimin və tələbələrin peşə-bilik səviyyəsini, müəllim-tələbə münasibətlərini təhlil etmək idi.
“Açıq dərs”də kollecin rəhbərliyi və fənn müəllimləri müşahidəçi qismində iştirak ediblər.
Dərsin mövzusu plan əsasında keçirildi. Dərsdə müasir təlim üsullarından istifadə edildi. Mövzu ətarfında tələbələr təcürbələr apardıar.
“Açıq dərs” tariximizlə inteqrasiya ilə başladı. Motivasiya üçün tələbələrə PP-də yığılmış slaydlar göstərildi.
Tələbələr hərəsində 4-5 nəfər olmaqla 4 qrupa ayrıldılar.. Qruplar özlərinə liderlər və laborantlar seçdilər. Qruplara araşdırmaq üçün işçi vərəqlərində suallar, həmçinin kartoçkalar təqdim olundu, təcrübə aparmaq üçün tapşırıq verildi. Qrupara təqdimatı hazırlamaq üçün vaxt verildi. Vaxt bitdikdə hər qrupun lideri işçi vərəqləri ilə yanaşı lövhəyə gələrək öz təqdimatlarını etdilər. Təqdimat suallarında qlükozanın kimyəvi xassələri, alınması reaksiyalarına cavab vermək tələbələrdən tələb olunmuşdu. Təqdimat bitdikdən sonra qruplar onlara verilən təcrübələri göstərdilər. Qlükozanın xassəsini göstərmək üçün gümüş nitrat, natrium hidrooksid, qlükoza götürüldü. Gümüş güzgü reaksiyası aparıldı. Sonra tələbələr kartoçka suallarını cavablandırdılar. Daha sonra internetdən araşdırılmış əlavə məlumatları çatdıraraq qlükozanın əhəmiyyətini söylədilər.
Ev tapşırıqları və qiymətləndirmə ilə dərs sona çatdı. Müəllim dərsdə müasir dəsə verilən tələbləri gözləməklə, əyani-texniki vəsaitdən istifadəyə geniş yer verdi. Fənlərarası əlaqə yaratdı. Ən əsası qrupda tələbələrin fəallığını təmin edə bildi.
Direktor tələbələrə öz tövsiyyələrini verdi.
Dərs bitdikdən sonra açıq dərsin müzakirəsi üçün müşavirə keçirildi.
Dərs əsasən qənaətbəxş hesab edildi, protokol tərtib olundu.