office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Kollec tələbələrin nəzərinə!

Azərbaycan Respublikasının Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu 19 may 2021-ci il tarixindən aktivləşdirir.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemə müraciət etməyən və ya statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin yaz semestri (2-ci yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər.

https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu isə iyun ayının 7-dək aktiv olacaqdır.


18.05.2021