Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyindən Təhsil Nazirliyinə daxil olmuş 22.12.2020-ci il tarixli, 1-D-4446 nömrəli məktuba əsasən Avrasiya Patent İdarəsi (APİ) tərəfindən gənclərin əqli mülkiyyət sahəsinə marağının artırılması məqsədilə “Gələcəyə baxış” devizi altında 2-ci Avrasiya Patent Universiadasının keçirilməsi barədə qərar qəbul edilmişdir. Bununla bağlı, APİ təhsil müəssisələrində əqli mülkiyyətə maraq göstərən 18-25 yaş arası olan tələbələri və ixtiraçılığa meyl göstərən istedadlı gəncləri 2-ci Avrasiya Patent Universiadasında iştirak etməyə dəvət edir. Universiada haqqında ətraflı məlumat www.eapo.org internet səhifəsindən əldə edə bilərsiniz.
İştirakçılar barədə məlumatların 22 yanvar 2021-ci il tarixinədək Əqli Mülkiyyət Agentliyinə təqdim olunması xahiş olunur.
Əlaqələndirici şəxs: Əqli Mülkiyyət Agentliyinin idarə Heyətinin sədrinin müşaviri Gülnarə Rüstəmova
012-449-84-89 (daxili - 255)
050-317-80-63