Bakı İdarəetmə və Texnologiya Kollecində 2019/2020-ci ilin fəaliyyət planına uyğun olaraq 7 fevral tarixində Pedaqoji şuranin növbəti iclası kecirildi.
Cari məsələlər üzrə hesabat cıxışında:
1. 2019/2020-ci tədris ilinin payız imtahan sessiyasının nəticələri barədə tədris isləri üzrə durektor müavini Könül Abdurrəhimova;
2. İmtahandan sonra qrupların nəticələrində aparılan təhlillər haqqında tədris hissə müdiri Təranə Məmmədova;
Şöbə müdirləri - K.Əliyeva, F.Əzizbəyova, R. İlhamlı, T.Vəliyeva, G.Qurbanova, N.Məmmədova, G.Əzizova, kafedra müdirləri;
Qiymətləndirmə və monitorinq bölməsinin rəhbəri - Ş. Əhmədova, metodist İ. Orucova;
3.Tədris təcrübələrinə hazırlığın vəziyyəti haqqında təcrübə rəhbərləri - A. Allahverdiyeva, S.Qəmbərova məruzələr etdilər.
Görulən cari məsələlər üzrə hesabat məruzələri dinlənildikdən sonra Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı 2019/2020-ci tədris ilinin payız sessiyası yekunlarının müvəffəq oldugunu qeyd edərək pedaqoji heyətin tələbələrlə işinin daha intensiv olmasini və növbəti yaz imtahan sessiyasında qarşıda duran vəzifələr barədə cixiş etdi.
Sonda kollecin direktoru Faiq Şahbazlı ikinci yarımildə pedaqoji kollektivə görəcəkləri islər barədə tövsiyyələr edərək ugurlar arzuladı.