office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Müəllimlər günü münasibətilə Bakı İdarəetmə və Texnologiya Kollecində tədbir

Bakı İdarəetmə və Texnologiya Kollecində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi.

Tədbirdə çıxış edən Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru, dosent Faiq Şahbazlı müəllimlərin hüquqi dövlət quruculuğunda və cəmiyyətdəki rolu haqqında danışaraq, müəllimlərin təhsil sistemində əhəmiyyətli yer tutduğunu qeyd etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə, müəllim əməyinə xüsusi önəm verdiyini vurğulayan Faiq Şahbazlı müəllim kollektivini təbrik etdi, onlara can sağlığı, ailə səadəti və müqəddəs peşələrində nailiyyətlər arzuladı.

Bayram münasibətilə müəllimlərdən bir qrupuna Fəxri fərmanlar, təşəkkürnamələr və təravətli gül-çiçəklər təqdim olundu.

Tədbir müəllimlərin şərəfinə verilən ziyafət və tələbələrin hazırladıqları ədəbi-bədii proqramla başa çatdı.


07.10.2019