Aprelin 19-da Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK) “İçtimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi”nin (İSBAM) təşəbbüsü ilə yazıçı-publisist Azər Hacıbəylinin “Fədakarlıq məktəbi” adlı layihəsi əsasında tədbir keçirildi.
Tədbirdə “Dövlət və Qanun” adlı qəzetin baş redaktoru, Beynəlxalq Sülh səfiri Yasəmən Möhübbət qızı, yazıçı-publisist Azər Hacıbəyli və İSBAM-ın departament rəhbəri, eləcə də kollecin müəllim və tələbə heyəti iştirak edirdi.
Tədbiri giriş sözü ilə BİTK-nın direktor müavini Pərvanə İsmayılova açdı.
Qonaqlar “Fədakarlıq məktəbi”- gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi ilə bağlı ətraflı çıxış etdilər.
22.04.2019