office@stk.edu.az
(+994 12) 567-78-59

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Tələbələrin istehsalat təcrübəsi

Fevralın 16-dan kollecimizin tələbələrinin nəzəri biliklərini istehsalatda möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək məqsədi ilə təcrübələrə start verilib.

Belə ki, bu istiqamətdə üç növ təcrübə nəzərdə tutulub: tədris, istehsalat (pedaqoji) və diplomqabağı təcrübə.

19 müəssisə və təşkilatla bağlanan müqavilə əsasında 15 ixtisas üzrə 51 qrup olmaqla 874 tələbə təcrübəyə cəlb olunub. Kolecimizlə ikitərəfli müqavilələr bağlamış istehsalat müəssisələri sırasında: Bakı Peyk zavodu, “SİNAM” MMC, AzNEXT, AzEduNet, CaspiNet, Bakı Tekstil Fabriki, Anatoliya oteli, bələdiyyələr və s.vardır.

Bizimlə əməkdaşlıq edən müəssisə və təşkilatlara göstərdikləri dəstəyə görə minnətdarlığımızı bildiririk.

Təcrübəni əks etdirən foto rəsmlər əlavə olunur.


21.02.2017