office@stk.edu.az
(+994 12) 567-78-59

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Sabahın alimləri müsabiqəsi.

Xəbər verildiyi kimi,Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının prezidenti yanında Bilik fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı RespublikaKomitəsi və “İntel”şirkətinin birgə təşkil etdikləri “Sabahın alimləri” VI Respublika müsabiqəsi yekunlaşıb, və 8 nominasiya üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

daha sonra bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcəcək 3 müəlliflərinin adları açıqlanıb. Sevindirici haldır ki, onlardan biri, kolecimizin müəlliməsi Günay Nağızadənin oğlu , 291 nömrəli Ekologiya liseyinin şagirdi Elşən Nağızadədir. Onunla sizi bir qədər əvvəl kolecimizdə keçirilmiş görüşdən hazırladığımız xəbərdə tanış etmişdik.

Xatırladırıq ki, “Sabahın alimləri” müsabiqəsi riyaziyyat,fizika,kimya,biologiya,tibb və sağlamlıq,ekologiya,mühəndislik,kompüter elmləri üzrə 2012-ci ildən ildən keçirilir. Bu günədək müsabiqədə 730 nəfər şagird iştirak edib, onlarda 30-u İntel İSEF-də iştirak etmək hüqüqu qazanıb.

Bir daha kolecimiz adından Elşəni və Günay xanımı təbrik edirik və uğurlar arzu edirik!


20.02.2017