Bu ilin iyul ayında BƏƏ-nin ən iri şəhərində aerotaksidən istifadə etmək mümkün olacaq. Müştəriləri
EHang 184 –adlı avtonom sənrnişin kvadrokopterləri daşıyacaq.Bu haqda Beynəlxalq hökümət sammitində Dubayın Yol və nəqliyat idarəsinin rəhbəri Matter al-Tayer məlumat verib.
EHang 184- eyni adlı çin kompaniyasının işləyib hazırladığı bir nəfərlik drondu.Onun ilk nümunəsi CES 2016 sərqisində nümayiş gostərilmişdi . Ümumi çəkiqaldırma gücü 100 kq (videoda göründüyü kimi,sərnişin əlavə bir çamodan da götürür ) olan apparatın sürəti saatda 160 km-di. Br dəfəlik enerji ehtiyatı 40-50 km məsafə qət etmək imkanı verir. Onu “uzaqdan idarərəedilmə komanda mərkəzindən “ idarə edəcəklər. EHang 184-ün sınaq uçuşları ilk dəfə keçən ilin yayında Las-Veqasda keçirilsə də,dronların ABŞ-da kommersiya uçuşlarında istifadəsi yalnız Mülki Aviasiya üzrə Federal Agentliyin razılığından sonra mümkündü.
EHang – aerotaksi xidməti göstərən yeganə kompaniya deyil. Airbus şirkəti ilinn sonuna kimi özlərinin pilotsuz uçan maşınını istehsal etməyi planlaşdırır, Uberdə isə tamamilə elektrik enerjisiylə işləyən şaquli qalxıb enə biləcək aeromobillər icad etmək planlaşdırılır.Ötən ilin sonunda Uber-in istehsal üzrə direktoru Ceff Holden bu tipli “hava taksilərinin” sürətinin saatda 240 km olacağını və San-Fransiskodan Silicon vadisinə qədər yolu 15 dəqiqəyə qət edə bil əcəklərini bəyan etmişdi.