NEW ATLAS-ın verdiyi məlumata görə,Tunisin VYNDSOLUTİONS kompaniyası yeni küləklə çalışan qenerator işləyib hazırlayıb. Belə ki, mühəndislər rotor əvəzinə quş qanadlarına bənzər yeni qurğu icad ediblər.
Klassik külək qeneratorların istifadəsi zamanı 100 km-dən artıq məsafədə yaydığı güclü səslə yanaşı , quşların yayılması və artımında problem yaradırdı. Elə buna görə də, yaşayış məntəqələrinin yaxınlığında klassik qeneratorlar quraşdırılmırdı.
Bu dəfə Tyer Wind mühəndisləri ənənəvi metodlardan kənara çıxaraq, kolibri quşu qanadlarının işini nəzərə alıb, yeni külək qeneratorunun qanadlı variantını işləyib hazırlayıblar.
Yeni Tyer Wind külək qeneratoru ,demek olar ki, səssiz işləyir və yaxındakı quşlara bir zərəri dəymir. Lakin güc baxımından Tyer Üind digər qeneratorlar geri qalır. Mühəndislər isə, Tyer Üindin gücünü küləyin gücüylə kompensasiya etmək və qeneratorların sayının çoxluğuyla artırmaq olduğunu hesab edirlər.
Hal hazırda Tyer Windin gücünün artırılması və zərərsiz işləməsi üzərində işlər davam edir.
Son dövrdə külək energetikası sürətlə inkişaf edir və şox effektiv hesab olnur – 2017-ci Niderlandın elektrik qatarları bütövlükdə külək enerjisiylə çalışır.